İran hakerləri "Mossad" rəhbərinin məlumatlarını ƏLƏ KEÇİRDİ

 23:52 19.03.2022     1063

İranla əlaqəsi olduğu bildirilən “Open Hands” haker qrupu İsrailin Mossad təşkilatının rəhbəri David Barneaya məxsus vergi formalarını və şəxsi məlumatları oğurlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail İctimai Yayım Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Barneanın məlumatları həyat yoldaşının telefonu vasitəsilə əldə edilib. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən