Avropa İttifaqının "ən çirkli" ölkəsi

 12:33 20.03.2022     540

Avropa İttifaqının Statistika Agentliyi (Avrostat) Bolqarıstanı ittifaqın ekoloji baxımdan ən çirkli ölkəsi adlandırıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Avrostat biznes fəaliyyətinin bərpası ilə əlaqədar istixana qazları emissiyalarının artımını qeyd edib.

Məlumatda vurğulanır ki, Bolqarıstan artımın lideri olub: bu ölkənin emissiyalarının həcmi ötən illə müqayisədə 22,7 faiz artıb.

Daha sonra 16,2 faiz artım Latviya və 13,1 faiz Yunanıstanda qeydə alınıb. Sloveniya, Lüksemburq və Niderlandda emissiyalar 2020-ci ilin üçüncü rübü ilə müqayisədə azalıb.

Vumart və Güvən reklamı Vumart Güvən