Bu şəhər sülh tapmaq üçün doğru yerdir - Zelenskidən AÇIQLAMA
"Baş nazir cənab Bennet Rusiya ilə danışıqlar yolu tapmağa çalışır və biz gec-tez Rusiya ilə danışmağa başlamaq üçün hər səyə görə minnətdarıq"
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.
"Ola bilsin Qüdsdə. Bu, mümkündürsə, sülh tapmaq üçün doğru yerdir", - o, əlavə edib.
Zelenski bazar günü İsrail Knessetində çıxışını xatırladaraq qeyd edib ki, İsrailin öz maraqları, vətəndaşlarını qorumaq strategiyası var:
“Bunu hamımız anlayırıq”.












