Xarkovda rusların 2 PUA-sı məhv edildi - FOTO
Xarkov vilayətində ukraynalı müdafiəçilər Rusiyanın iki “Orlan” pilotsuz təyyarəsini vurublar.
Redaktor.az xəbər verir ki, internetdə hadisə yerindən bir neçə foto yayılıb.
PUA-lar tamamilə məhv edilib.
“Orlan” Rusiyaya məxsus çoxməqsədli pilotsuz uçuş aparatıdır, çatması çətin olan əraziləri və yerli obyektləri izləmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, ötən sutka ərzində işğalçının 7 hava hədəfi vurulub, Rusiyanın texnika və canlı qüvvə dəstələrinə sarsıdıcı zərbələr endirilib.
T.İSMAYIL














