Çində sərnişin təyyarəsi qəzaya uğradı

 12:20 21.03.2022     393

Çinin cənubunda “Boeing-737” markalı sərnişin təyyarəsi qəzaya uğrayıb.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, təyyarə Çinin “China Eastern” hava yolları şirkətinə məxsusdur.

Bildirilib ki, təyyarənin göyərtəsində 133 nəfər var.

Hazırda axtarış-xilasetmə işləri aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən