Rusiya Ukraynada işğal etdiyi şəhərlərə OMON qüvvələri yeritdi
Rusiya Ukrayna şəhərlərində işğala qarşı dinc aksiyaları dağıtmaq üçün Rusiya Qvardiyasının OMON bölməsinin əməkdaşlarını Ukraynaya göndərib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Enerqoatom” Dövlət Müəssisəsinin məlumatında deyilir.
Bildirilib ki, Enerqodar şəhərinin yerli hakimiyyət orqanları bildirir ki, martın 20-də keçirilən etiraz aksiyasından sonra işğalçılar şəhərə 600 çevik polis cəlb edib.
"Enerqodar şəhərinin sakinlərinin dünənki müqavimət aksiyasından sonra işğalçılar şəhərə 600 çevik polis cəlb edib. Şəhərin ətrafına dəyənək, qalxan və odlu silahlarla dəstələr yerləşdirilib. Onlar heç bir müqavimət aksiyasına, hətta ən kiçik toplaşmaya belə imkan verməməlidirlər. İşğalçılar Moskvada və digər səfeh şəhərlərdə olduğu kimi hərəkət edirlər”, - məlumatda deyilir.
Enerqodar şəhərinin meri Dmitri Orlov da rusların dinc nümayişçilərə qarşı güc tətbiq etməyi planlaşdırdığını təsdiqləyib.
"Səhər saatlarından insanları ələ keçirmək və cəzalandırmaq üçün sərt zorakı üsullardan istifadə etmək üçün böyük konvoy yaradılıb. Onlara mülki əhaliyə qarşı silah, gözyaşardıcı qaz və digər zorakı üsullardan istifadə etmək tapşırılıb", - Dmitri Orlov bildirib.
Qeyd edək ki, bundan əvvəl Xersonda ruslar Ukrayna üçün keçirilən mitinqi dağıdıblar, yaralılar var.
T.İSMAYIL












