Rusiya ABŞ-a NOTA VERDİ
ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin barəsində səsləndirdiyi fikirlər iki ölkə arasında diplomatik qalmaqala səbəb olub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Ona sözügedən məsələ ilə bağlı etiraz notası təqdim edilib.
“Martın 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Con Sallivana demarş edilib və Ağ Evin rəhbəri Co Baydenin bu yaxınlarda Rusiya Prezidentinin ünvanına səsləndirdiyi qəbuledilməz çıxışlarla əlaqədar etiraz notası təqdim edilib”, - deyə Rusiya XİN-nin yaydığı məlumatda bildirilib.












