“WhatsApp”ın bloklanması təklif edilir

 20:41 21.03.2022     1547

Rusiyanın İctimai Palatası Federasiya ərazisində “WhatsApp” mesencerinin bloklanmasını təklif edib.

Redaktor.az xəbər verir ki, bunu TASS agentliyinə palatanın işçi qrupunun rəhbəri Aleksandr Malkeviç bildirib.

Qrup rəhbəri bildirib ki, ölkədə "Meta" şirkətinin məhsulları olan “Facebook” və “Instagram” bağlandığı halda, şirkətə məxsus mesencerin açıq saxlanması məntiqsizdir.

“WhatsApp” mesencerində kifayət qədər yalan xəbər yayıldığı halda, onu istisna hal kimi açıq saxlamaq olmaz.

Vumart və Güvən reklamı Vumart Güvən