"Rusiya və Belarus UNESCO-dan kənarlaşdırılsın" - Litva
Litva Ukraynadakı münaqişəyə görə Rusiya və Belarusun UNESCO-dan kənarlaşdırılmasını təklif edib.
Redaktor.az xəbər verir ki, TASS-a istinadla xəbərinə görə, müvafiq təklif Litva Seyminin gündəliyinə daxil edilib.
Sənədin müəllifləri iddia edirlər ki, Ukraynaya münasibətdə BMT-nin və beynəlxalq hüququn prinsipləri pozulub. Bu səbəbdən Rusiya və Belarusun UNESCO-nun komitələrində və proqramlarında iştirakı dayandırılmalıdır.
Təklif sabah parlamentin müzakirəsinə çıxarılacaq.












