Daha bir bank Rusiyada fəaliyyətini dondurdu

 01:39 22.03.2022     469

İsveçin "Skandinaviska Enskilda Banken" (SEВ) bankı Rusiyadakı fəaliyyətini dayandırır.

Redaktor.az xəbər verir ki, bu barədə bankın açıqlamasına istinadən "Dagens Industri" qəzeti xəbər yayıb.

"Mövcud şəraitdə SEB Rusiyada fəaliyyətini davam etdirə bilmir və bu səbəbdən fəaliyyətini dayandırmağa başlayıb. Bu, normativ və hüquqi öhdəliklərə uyğun olaraq məsuliyyətli və nizamlı şəkildə həyata keçiriləcək", - deyə bankın açıqlamasında bildirilir.

Qeyd edək ki, SEB-in Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində filialları var.

Vumart və Güvən reklamı Vumart Güvən