ABŞ Ukraynaya 100 PUA yollayacaq

 09:26 22.03.2022     3859

ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardımı təchiz etməyə başlayıb, lakin yardım hələ gedib çatmayıb.

Redaktor.az xəbər verir ki, bunu CNN-ə Pentaqondakı mənbə bildirib.

“Biz inanırıq ki, yardım ən tez vaxtda Ukraynaya yetişəcək” – deyə ABŞ Müdafiə Nazirliyindən bildirilib.

ABŞ Prezidentinin administrasiyasından bildirilib ki, ilk partiya silah bazar günü yola salınacaq. Ukraynaya göndəriləcək silahlar arasında 100 PUA da var.

Vumart və Güvən reklamı Vumart Güvən