“Qapılarımız hər zaman açıqdır” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa televiziyalarına müsahibə verib.
Redaktor.az xəbər verir ki, müsahibələr hər televiziya ilə ayrılıqda, qısa şəkildə olub.
Fransa televiziyasının əməkdaşı hansı Qərb liderinin Kiyevə dəvət edildiyini soruşub və Fransa Prezidenti F.Miteranın 1992-ci ildə Sarayevoya səfərini xatırladıb.
Zelenski cavabında bildirib: “Mən onların yerinə qərar qəbul edə bilmərəm. Bizim ölkəmiz müharibə şəraitindədir. Bu onların öz seçimidir. Lakin mən onlara NATO-nun hər dəfə bizə verdiyi cavabı verirəm: qapı açıqdır”.












