Rusiya XİN-dən ABŞ-a xəbərdarlıq

 11:06 22.03.2022     589

“ABŞ Rusiya ilə münasibətləri daha da gərginləşdirməmək üçün Ukraynaya silah verməyi dayandırmalıdır”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.

“Vaşinqton eskalasiyanı dayandırmalıdır. ABŞ bizə qarşı təhdidlər yaratmağa son qoymalıdır”, - o bildirib.

S.Ryabkov, həmçinin vurğulayıb ki, ABŞ-Rusiya münasibətləri pozulmağa yaxındır: “Əlaqələrimizin gələcək inkişafı isə Vaşinqtonun xarici siyasətində seçəcəyi xətdən asılıdır. Hələlik münasibətlərimiz pisləşən tendensiya ilə inkişaf edir. Bunun səbəbkarı isə ABŞ-dır”.

Vumart və Güvən reklamı Vumart Güvən