Ukrayna ordusu Kiyev yaxınlığındakı qəsəbəni ruslardan GERİ QAYTARDI

 11:10 22.03.2022     636

Ukrayna qüvvələri Kiyevin təxminən 50 kilometr qərbində yerləşən Makarov şəhər tipli qəsəbəsinə nəzarəti geri qaytarıb.

Redaktor.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd olunub. Bildirilib ki, Rusiya hərbçilərinin geri çəkildiyi şəhər üzərində Ukrayna bayrağı dalğalandırılıb.

Hərbi əməliyyatlar zamanı yaşayış məntəqəsinin Rusiya aviazərbələri səbəbi ilə ciddi dağıntılara məruz qaldığı, binaların, məktəblərin və tibb müəssisələrinin dağıldığı bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən