Rusiyanın Ukraynadakı itkiləri artdı - 15560 hərbçi, 99 təyyarə...
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın indiyədək olan itkilərini açıqlayıb.
Redaktor.az-ın xəbərinə görə, nazirlik hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 15 560 hərbçisinin məhv edildiyini bildirib.
Məlumata görə, Rusiya ordusu 509 tank, 1556 piyadaların döyüş maşını, 252 artilleriya qurğusu, 99 hərbi təyyarə, 123 hərbi helikopter, 70 yanacaq çəni olan avtomobil, 3 gəmi itirib.
Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 27-ci günüdür.












