Türkiyədə güclü partlayış: iki polis ağır yaralanıb

 16:36 22.03.2022     528

Türkiyənin Bingöl vilayətində Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatlarının çatdırılması zamanı partlayış baş verib.

Redaktor.az-ın məlumatına görə, baş verən partlayışda 2 polis əməkdaşı ağır yaralanıb.

Bingöl Qubernatorluğundan verilən açıqlamada deyilir ki, partlayış saat 13:30 radələrində Kaleönü Məhəlləsindəki Xüsusi Hərəkat Şöbəsində təlim bölgəsinə döyüş sursatı (tank əleyhinə) daşınarkən baş verib.

 

Ağır yaralanan polislərin Bingöl Dövlət Xəstəxanasına çatdırıldıqları bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən