Rusiya G20-dən çıxarılacaq?

 22:09 22.03.2022     1158

Polşa Rusiyanın G20 (Böyük İyirmilik) qrupundan çıxarılmasını təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" Polşanın inkişaf və texnologiya naziri Piotr Novaka istinadən məlumat yayıb.

O, ABŞ-ı Ukrayna ətrafındakı vəziyyətə görə qrupdan çıxarılması məsələsini araşdırmağa dəvət edib.

"ABŞ-ın ticarət naziri Gina Raimondo ilə Rusiyanın G20-dən çıxarılması təklifini təqdim etdik və təklif bəyənildi. Bu məsələ ABŞ prezidenti Co Baydenə təqdim ediləcək", - deyə Polşalı nazir bildirib.

ABŞ Ticarət Nazirliyi bu məsələ ilə bağlı şərh verməyib.

Vumart və Güvən reklamı Vumart Güvən