Ukrayna hərbçiləri "Javelin"lə rus tanklarını belə məhv edir - VİDEO

 22:33 22.03.2022     3233

Ukrayna hərbçiləri rus işğalçılarının texnikasını məhv etməkdə davam edir. Bu işdə onlara "Javelin" portativ tank əleyhinə raket kompleksi kömək edir.

Redaktor.az xəbər verir ki, bu barədə UNİAN-ın xəbərində bildirilir.

"Düşmənlər öz texnikalarını Ukrayna kəndlərindən birində gizlədiblər. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının məlumatına görə, o, "Xolodnıy Yar" briqadasının döyüşçüləri tərəfindən məhv edilib.

Javelin sayəsində döyüşçülər dəqiq bir zərbə vurmağı bacardılar. Qonşu tikililərə ziyan dəyməyib", - deyə məlumatda bildirilir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən