Lukaşenko qoşunları Ukrayna sərhədinə yığdı - FOTO

 00:30 23.03.2022     853

Kosmik texnologiya şirkəti “Maxar” Belarus və Ukrayna sərhədi yaxınlığında hərbi nəqliyyat vasitələrinin yığılmasının fotolarını nümayiş etdirib.

Redaktor.az “UNIAN”a istinadən xəbər verir ki, kadrlarda Qomel vilayətinin Dublin kəndi yaxınlığında qoşunların cəmləşməsini görmək olar. Şəkillər 18 mart tarixinə aid olsa da, yalnız bu gün dərc olunub.

NATO-nun adı açıqlanmayan nümayəndələri CNN-ə şərhində bildiriblər ki, Belarus tezliklə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə qoşula bilər.

 

22
Vumart və Güvən reklamı Vumart Güvən