Klinton koronovirusa yoluxub

 09:47 23.03.2022     373

ABŞ-ın sabiq dövlət katibi, 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı Hillari Klinton koronovirusa yoluxub.

Redaktor.az xəbər verir ki, o bu barədə “Twitter” səhifəsində patlaşım edib.

“COVID üçün verdiyim test müsbət çıxdı. Məndə soyuqdəymə əlamətləri var amma özümü yaxşı hiss edirəm”,- deyə o qeyd edib.

Bir vaxtlar ABŞ prezidentliyinə namizədliyini irəli sürən Hillari Klintonun 74 yaşı var. Bir yaş böyük olan həyat yoldaşı Bill Klinton xəstəlikdən xilas olsa da o, karantinə düşüb.

Hillari Klinton Billin testinin nəticəsinin mənfi olduğunu bildirib və evdə izləmək üçün film tövsiyələri istəyib.

Vumart və Güvən reklamı Vumart Güvən