Rusiya ordusunun briqada komandiri Mariupolda MƏHV EDİLDİ

 10:05 23.03.2022     697

Mariupol yaxınlığında ukraynalı əsgərlər Rusiya ordusunun 810-cu dəniz piyada briqadasının komandiri, polkovnik Aleksey Şarovu məhv ediblər.

Redaktor.az "censor.net"ə istinadla xəbər verir ki, bunu ukraynalı zabit Anatoli Ştefan tviterdə yazıb.

“810-cu dəniz piyada briqadasının komandiri, polkovnik Aleksey Şarov (Mariupolda) “təlimlərdə” azıb, amma indi evə düzgün şəkildə qayıdacaq”, - deyə A.Stefan qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən