Almaniya prezidenti və xanımı koronavirusa yoluxdu

 10:33 23.03.2022     829

Almaniya Prezidenti 66 yaşlı Frank-Valter Ştaynmayer və onun həyat yoldaşı Elke Büdenbender koronavirusa yoluxublar.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb:

“Çərşənbə axşamı ekspress test və PCR testi müsbət nəticə göstərdi. Simptomlar mülayimdir. Prezident və xanımı dərhal ev şəraitində karantinə alınıb. Yaxın təmasda olan hər kəsə məlumat verilib”.

Qeyd edək ki, COVID-ə yoluxmazdan öncə Ştaynmayer Yaponiyanın baş naziri Fumio Kişida və Polşanın baş naziri Mateuş Moravetski ilə telefon danışığı aparıb.

Vumart və Güvən reklamı Vumart Güvən