Ruslar Kiyevi "Qrad" atəşinə tutdu - Ölənlər var

 11:45 23.03.2022     656

Rusiya ordusu Kiyevin Nivki yaşayış massivini "Qrad" atəşinə tutub, qurbanlar var.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı Aleksey Qonçarenko öz Telegram səhifəsində məlumat verib.

"İşğalçılar Kiyevi (Nivki) "Qrad"la vurdular. Qurbanlar var. Vəhşilər, siz nə edirsiniz", - o yazıb.

Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına görə, işğalçılar Svyatoşinski və Şevçenko rayonlarında binalara ziyan vurublar.

Ticarət mərkəzi, fərdi evlər və çoxmərtəbəli binalar atəşə tutulub. Yanğınlar söndürülüb, tələfat yoxdur. Ticarət mərkəzinin binalarına və iki fərdi yaşayış evinə ziyan dəyib.

Bundan başqa, səhər saatlarında Şevçenkovski rayonu da atəşə tutulub. Xilasedicilər və tibb işçiləri hadisə yerindədir. İndi bir neçə fərdi evdə və hündürmərtəbəli binada yanğın var. Dörd nəfər yaralanıb. Zərərçəkənlər və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən