Ruslar Çerniqovla Kiyevi birləşdirən körpünü partlatdı - VİDEO
"Çerniqovda martın 23-nə keçən gecə rus işğalçıları şəhəri Kiyevlə birləşdirən "Desna" çayı üzərindən keçən avtomobil körpüsünə aviabombalar atıblar.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri dağılmış körpünün videosunu yayıblar. Zərbə nəticəsində körpünün aşırımlarından birinin uçduğu görünür. Məlumatı Çerniqov rəsmisi Vyaçeslav Çaus da təsdiqləyib.
Ukraynanın Ombudsmanı Lyudmila Denisovanın bir gün əvvəl bildirib ki, indi Çerniqovun ətrafı rus qoşunları tərəfindən tamamilə, şəhərətrafı ərazilər isə 60% bombalanıb.
"Bundan əlavə, əhalinin yarısı şəhəri tərk edib, qalanları isə (təxminən 130 min) çoxlu xəstə və yaralıdır.
Martın 22-dən etibarən Çerniqovdan Kiyevə gedən çıxışlar minalanıb.
Yerli əhalinin rus işğalçıları tərəfindən işgəncələrə məruz qalma faktları, hədə-qorxu gəlmək cəhdləri barədə məlumatlar var.
Şəhərin son dərəcə çətin vəziyyətinə baxmayaraq, işğalçılarla əməkdaşlıq faktı yoxdur", - məlumatda bildirilib.
T.İSMAYIL












