Putinin planları baş tutmadı, bütün təxribat qrupları məhv edildi - Ukrayna DİN
Rusiya prezidenti Vladimir Putin Çerniqovla xüsusi mərc edib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu fikri informasiya telemarafonunun efirində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
"Mariupolda işğalçılar bilərəkdən ukraynalıların ölkədən çıxmasının mümkünsüzlüyü üçün şərait yaradıblar, əvəzində onları Rusiyaya və işğal olunmuş ərazilərə aparırlar və guya ukraynalılar buna sevinirlər. Ukrayna ərazilərindən sıxışdırılıb çıxarılan ukraynalılar ölkəyə yalnız başqa ölkələr, məsələn, Gürcüstan vasitəsilə geri qayıda bilər", - o, bildirib.
Geraşenko əlavə edib ki, Çerniqovda çox narahatedici vəziyyət yaranıb.
"İşğalçılar gecə saatlarında Desna üzərindəki körpünü partladıblar. Məlumat var ki, düşmən ora ağır texnika çəkməyə və panton keçidləri etməyə başlayıb. Çox güman ki, Putin bu şəhərə xüsusi mərc edib", - o qeyd edib.
Eyni zamanda, Geraşenko təxribat və kəşfiyyat qruplarından gələn təhlükənin demək olar ki, tamamilə aradan qaldırıldığını əmin edib.
"Putinin diversantlardan istifadə etmək planları baş tutmadı, bütün təxribat qrupları məhv edildi", - daxili işlər nazirinin müşaviri bildirib.
T.İSMAYIL












