Belarus müharibəyə qoşulmayacaq - "Buna yol verməyə haqqımız yoxdur"

 15:37 23.03.2022     1319

“Bu gün Silahlı Qüvvələr, dövlətin hərbi təşkilatının qüvvə və vasitələri vətəni müdafiə etməyə hazırdır, ancaq öz ölkəsinin ərazisində. Bu barədə prezident danışıb, mən də sizə rəsmən bəyan edirəm. İmkan vermərik ki, hər hansı hərbi münaqişələrə cəlb edilək, ancaq öz ərazimizi müdafiə edəcəyik. Biz onun müdafiəsinə hazırıq”.

Redaktor.az "interfaks"a istinadla xəbər verir ki, bunu Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi Aleksandr Volfoviç bəyan edib.

“Biz, həqiqətən də, bu gün qonşu, qardaş ölkəmiz - Ukraynanın ərazisində baş verənləri istəmirik və təəssüflənirik. Buna yol verməyə haqqımız yoxdur. Bu gün bunun üçün hər şey edilir. Bizi, ölkəmizi bu hərbi əməliyyatlara cəlb etməyə çalışır. Belarus heç vaxt aqressiv məqsədlər güdməyib. O, həmişə sülh və xeyirxahlıq platforması olub”, - deyə o, bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən