Rus əsgərləri döyüşməkdən imtina edərək Ukraynaya SIĞINDI

 15:43 23.03.2022     1072

Yüzlərlə Rusiya əsgəri döyüşməkdən imtina edərək Ukraynaya sığınıb.

Redaktor.az "Express"ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib.

Onun sözlərinə görə, ruslar hərbi texnika və tanklardan "top yemi" kimi istifadə edildiyini anladıqdan sonra onlarla birlikdə fərarilik ediblər.

Qeyd edək ki, çərşənbə axşamı Ukrayna Silahlı Qüvvələri 300 rus əsgərinin "döyüş aparmaq əmrini yerinə yetirməkdən imtina etdiyini" və Sumı vilayətində gərgin döyüş bölgəsini tərk etdiyini iddia edib. Ukraynanın aparıcı analitik mərkəzi olan Müdafiə Strategiyaları Mərkəzi deyib:

“Rusiya qüvvələri vəziyyətlərinin ümidsiz olduğunu bilir və ölümdən qaçmaq üçün getdikcə daha çox fərarilik yolu seçirlər”.

Cavid İMAMƏLİYEV

Vumart və Güvən reklamı Vumart Güvən