Rusiya qazı Avropaya rublla satacaq

 17:00 23.03.2022     1980

Rusiya dost olmayan ölkələrə qaz tədarükü üçün ödənişləri rubla çevirəcək.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

“Mallarımızı Aİ və ABŞ-a göndərib ödənişi dollar və avro ilə almağın mənası yoxdur”, deyə Rusiya prezidenti vurğulayıb.

Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb, dolların məzənnəsi 3 mart tarixindən ilk dəfə olaraq 100 rubldan aşağı enib.

Vumart və Güvən reklamı Vumart Güvən