Kral koronavirusa yoluxdu

 17:36 23.03.2022     706

Norveçin Kralı V Harald koronavirusa yoluxub.

Redaktor.az Norveç KİV-inə istinadla xəbər verir ki, 85 yaşlı monarxdan alınan COVID-19 testləri müsbət nəticə verib.

Norveçin kral sarayından verilən açıqlamaya əsasən, hazırda V Haraldda virusun yüngül simptomları müşahidə edilir və bu səbəbdən yaxın günlərdə o, həkim nəzarəti ilə xəstəlik məzuniyyətində olacaq.

Qeyd edək ki, V Haraldın olmadığı müddətdə vəliəhd şahzadə Haakon müvəqqəti olaraq Kralın vəzifələrini icra edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən