Bizə silah verin! - Zelenski Fransa Senatında çıxış etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edib.
Redaktor.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Məlumata görtə, 10 dəqiqə davam edən çıxış sinxron tərcümə olunub.
Ukrayna rəhbəri çıxışının əvvəlində həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini istəyib.
Sonra o, Mariupol şəhərini Birinci dünya müharibəsi zamanı dağıdılmış Verdenlə müqayisə edib.
Çxışın sonunda Zelenski Avropadan Ukraynaya əlavə silah verilməsini və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini istəyib.












