Rusiya Mərkəzi Bankının rəhbəri istefa verib - Putin onu buraxmaq istəmir
Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tutduğu vəzifədən istefa versə də, Rusiya prezidenti Vladimir Putin onun ölkəni tərk etməsinə icazə verməyib.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bundan sonra Putin Rusiya Federasiyası Mərkəzi Bankında yeni beş illik sədrlik müddətinə onun namizədliyini təqdim edib.

Nabiullina 9 ildir ki, Rusiya tənzimləyici orqanının rəhbəri olub və məcburi müddətdə ölkənin Ukraynaya təcavüzündən sonra sanksiyalarla məhv edilmiş Rusiya iqtisadiyyatına rəhbərlik edəcək.
Agentliyin həmsöhbətləri bildiriblər ki, istefa indi onun iyirmi ilə yaxındır birlikdə çalışdığı Putin tərəfindən xəyanət kimi qiymətləndiriləcək.
Nabiullina yenidən təyinatı ilə bağlı ictimaiyyətə açıqlama verməyib və Bloomberg-in sualını cavablandırmaqdan imtina edib. Mərkəzi Bankın və Kremlin mətbuat xidməti də şərh tələblərinə cavab verməyib.












