NATO hərəkətə keçdi - Daha 4 döyüş qrupu yaradır
NATO üzv ölkələrdə 4 döyüş qrupunun yerləşdirilməsini müzakirə edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Culi Smit məlumat verib.
Bildirilir ki, yeni döyüş qruplarının hər biri fərqli ölkədə yerləşdiriləcək.
O, qrupların “yalnız milli qüvvələr” olmadığını, əlavə detalların sabah açıqlanacağını vurğulayıb.












