Ruslar Xarkovda minədək yaşayış binası dağıdıblar

 23:26 23.03.2022     1027

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda 1000-dək yaşayış binası dağıdılıb.

Redaktor.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov bildirib.

O, qeyd edib ki, Rusiya qoşunlarının atəşi nəticəsində şəhərdə ümumilikdə 1 143 bina dağıdılıb ki bunlardan 998-i yaşayış binasıdır.

Qeyd edək ki, Xarkov Rusiya ilə sərhəddən 30 kilometr məsafədə yerləşdir. Ukrayna silahlı qüvvələri şəhərin müdafiəsini davam etdirir.

Vumart və Güvən reklamı Vumart Güvən