Rusiya ABŞ diplomatlarını ölkədən çıxarır

 01:44 24.03.2022     1107

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkədən çıxarılacaq diplomatların siyahısını ABŞ-ın bu ölkədəki səfirliyinə təqdim edib.

Redaktor.az xəbər verir ki, qərar ayın əvvəlində ABŞ-ın BMT-də işləyən 12 rusiyalı diplomatı ölkədən çıxarmasının ardınca qəbul edilib.

"İnterfax"ın məlumatına görə, Rusiya XİN ABŞ tərəfinə Rusiyaya qarşı istənilən düşmənçilik fəaliyyətinin qətiyyətli və adekvat şəkildə cavablandırılacağını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən