"Bu üç sammitdə kimin dost, kimin satılıb xəyanət etdiyini görəcəyik” - Zelenskidən AÇIQLAMA
"Martın 24-də Brüsseldə 3 mühüm sammit keçiriləcək. NATO, Avropa İttifaqı, G7 sammitləri hər birimiz üçün vacibdir”.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videoformatda müraciətində deyib.
“Siyasətçilər azadlığı dəstəkləməlidirlər. Onlar həyat uğrunda mübarizəni dəstəkləməlidirlər. Biz ciddi addımlar gözləyirik. Bilirik ki, rusiyalılar artıq öz maraqlarını lobbiləşdirməyə başlayıblar. Bu da müharibənin maraqlarıdır...
Bilirik ki, onlar bəzi tərəfdaşlarla işləyirlər. Müharibə mövzusunu söndürmək istəyirlər. Üç sammitdə güclü mövqelərimiz olacaq. Bu üç sammitdə kimin dost, kimin ortaq, kimin satılıb xəyanət etdiyini görəcəyik”, - deyə Zelenski bildirib.












