Ukrayna ordusu Rusiyanın iri desant gəmisini MƏHV ETDİ - VİDEO

 11:54 24.03.2022     1111

Martın 24-də Rusiya gəmilərinin Berdyanskdan qaçdığı məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə öz rəsmi Teleqram kanalında Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko məlumat verib.

"İki Rusiya gəmisi Berdyanskdan cəhənnəmə getdi, sursat anbarında genişmiqyaslı yanğın baş verdi. Ukrayna torpaqları işğalçıların ayaqları altında yanır”, - o, yazıb.

Qeyd edək ki, Berdyanskda Rusiyanın iri desant gəmisi məhv edilib.

"İşğalçı ordunun "Orsk" adlı iri desant gəmisi Berdyansk limanı yaxınlığında məhv edilib", - deyə Ukrayna Hərbi Dəniz Qüvvələrindən bildiriblər.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən