Çində qəzaya uğramış təyyarənin qalıqları tapıldı
Çinin cənubunda bir neçə gün əvvəl qəzaya uğramış "Boeing 733" təyyarəsinin qalıqları tapılıb.
Redaktor.az xəbər verir ki, bunu ölkənin axtarış-xilasetmə xidməti bildirib.
Qeyd olunur ki, tapılan hissələr arasında təyyarənin mühərrikinin elementləri və digər vacib qalıqlar yer alır.
Xatırladaq ki, martın 21-də Quansi-Çjuan muxtar rayonunda içərisində 132 nəfərin olduğu təyyarə qəzaya uğramışdı. Hadisə yerində axtarış işləri davam etdirilir.












