Ukraynanın məhv etdiyi Rusiya gəmisində 400 desant olub - VİDEO

 12:52 24.03.2022     3869

Berdyansk yaxınlığındakı limanda məhv edilən düşmən gəmisi 20-yə qədər tank daşıya bilirdi.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

"Berdyanskda məhv edilmiş gəmi 20-yə qədər tank, 45 zirehli transportyor və 400 desant daşıya bilərdi. Bu, hərbçilərimizin vurduğu böyük hədəfdir", - o deyib.

Qeyd edək ki, Ukrayna Hərbi Dəniz Qüvvələri Berdyansk limanı yaxınlığında Rusiyaya məxsus “Orsk” adlı iri desant gəmisinin məhv edildiyi barədə məlumat yayıb.

Gəminin partlayışlarla yandığını əks etdirən video da yayılıb.

Digər məlumata görə, həmin gəminin komandiri Sergey Skvortsov 2020-ci ildə “Krımın qaytarılmasına görə” medalı ilə təltif olunubmuş.

T.İSMAYIL

 

 

Vumart və Güvən reklamı Vumart Güvən