Kiyevdə Rusiyanın diversiya qrupu zərərsizləşdirildi
Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.
Redaktor.az-ın məlumatına görə, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv edilib.
Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artilerioya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.
Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur (report).












