Britaniya 59 rusiyalıya sanksiya tətbiq etdi
Böyük Britaniya Rusiyadan olan 59 şəxsə sanksiya tətbiq edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, sanskiya siyahısına “Sberbank”ın rəhbəri German Qref və “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov da daxildir.
Bundan əlavə, “Qazprombank”, “Rosselxozbank”, “Alfabank”, “SMP-Bank”, “Rusiya Dəmir Yolları”, “Sovcomflot”, “RusHydro” da sanksiyalara məruz qalıb.












