Rusiya tankı belə məhv edildi - VİDEO

 14:19 24.03.2022     632

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı işğalçıların tankının məhv edilməsini yuxarıdan lentə alıb.

Redaktor.az xəbər verir ki, video Baş Qərargahın rəsmi feysbuk səhifəsində yerləşdirilib.

"Zövq alın. Cəhənnəmə gedən xətt bir az da uzandı" - deyə paylaşımda qeyd olunub.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri bir sutka ərzində rus işğalçılarının 11 hava hədəfini məhv edib. Söhbət 7 təyyarə, 1 helikopter, 1 PUA və 2 qanadlı raketdən gedir.

Xatırladaq ki, martın 24-də Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Orsk” adlı iri desant gəmisinin Berdyansk limanı yaxınlığında məhv edildiyi barədə məlumat yayıb. Berdyansk yaxınlığında məhv edilmiş düşmən gəmisi 20-yə qədər tank və 400 desant apara bilərdi. Bu gəmi Krımın işğalında da iştirak edib.

Vumart və Güvən reklamı Vumart Güvən