Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

 15:47 24.03.2022     470

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Redaktor.az xəbər verir ki, hökumətin saytında yer alan xəbərə görə, “Qazprombank”, “Rosselxozbank”, “Alfabank”, “SMP-Bank”, Rusiya Dəmir Yolları, “Sovkomflot”, “Rushidro”nun da daxil olduğu siyahıya ümumilikdə 59 şəxs və təşkilat daxil edilib.

Barəsində sanksiyalar tətbiq edilən fiziki şəxslər arasında “Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov, “Sberbank” İdarə Heyəti sədrinin birinci müavini Lev Xasis, Roman Abramoviçin biznes ortağı Yevgeni Şvidler, həmçinin İqor Seçinlə Nikolay Patruşevin oğulları var.

Qeyd edilir ki, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətlərə görə tətbiq edilən sanksiyalar ölkəyə girişin qadağan edilməsini, həmçinin bütün vəsaitlərin və aktivlərin bloklanmasını əhatə edir.

Vumart və Güvən reklamı Vumart Güvən