NATO Baş katibinin səlahiyyət müddəti 1 il uzadıldı

 17:38 24.03.2022     489

NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb.

Redaktor.az xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

Qərar NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında qəbul olunub.

“NATO dövlət və hökumət başçılarının Baş katiblik müddətimizi 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına görə şərəf duyuram. Biz ciddi böhranla üzləşmişik. Ona görə də Alyansımızı güclü saxlamalı və xalqımızın təhlükəsizliyini qorumaq naminə birləşmişik”, - Y.Stoltenberq bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən