Kanada 160 rus deputata sanksiya tətbiq etdi

 23:44 24.03.2022     526

Kanada hakimiyyəti Ukraynadakı hərbi əməliyyatlara görə Rusiya Federasiya Şurasının 160 üzvünə sanksiya tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Bundan əvvəl Kanada hakimiyyəti rusiyalı iş adamları Roman Abramoviç və Əlişir Usmanova, həmçinin Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovaya qarşı sanksiyalar tətbiq edib.

Federal hökumət Rusiyanın 32 şirkətinə və hökumət təşkilatına Kanadadan hər hansı müdafiə avadanlığı və ya təchizat almağı qadağan edib.

Vumart və Güvən reklamı Vumart Güvən