Moskvadakı “Azərbaycan” pavilyonuna bomba qoyulub?
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, “Azərbaycan” pavilyonu yoxlanılır.
“Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, - deyə fövqəladə hallar nazirliyinindəki orqanlarındakı mənbə bildirib.












