Bayden NATO-nun Baş katibi ilə Ukraynaya dəstəyi MÜZAKİRƏ ETDİ
ABŞ Prezidenti Co Baydenlə NATO Baş katibi Yens Stoltenberq arasında görüş olub.
Redaktor.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün tviter hesabında yazıb.
“Bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə Rusiyanın Ukraynaya təxribatı və əsassız müdaxiləsini müzakirə etmək üçün görüşdüm.
Biz alyansın birliyini və gücünü, NATO-nun istənilən təcavüzün qarşısını almaq və ondan müdafiə etmək üçün davamlı səylərini və Ukraynaya dəstəyimizi müzakirə etdik”, - Bayden bildirib.
ABŞ lideri qeyd edib ki, Yens Stoltenberq, xüsusilə beynəlxalq təhlükəsizlik üçün bu kritik anda NATO-ya rəhbərlik etmək və gücləndirmək baxımından əla işlər görüb:
"Mən onun səlahiyyət müddətinin uzadılmasını alqışlayıram və qarşıdan gələn ildə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”.
T.İSMAYIL












