Ukraynada daha 200 rusiyalı hərbçi MƏHV EDİLDİ
"Rusiya terrorçu qoşunları döyüşməyə, ukraynalı müdafiəçilər isə bütün istiqamətlərdə döyüşməyə davam edir".
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 25-i saat 06.00-a olan əməliyyat icmalında deyilir.
"Bu gün Ukrayna xalqının Rusiyanın hərbi işğalına qarşı qəhrəmancasına müqavimətinin otuzuncu günü başlayıb. Ötən sutka ərzində Ukrayna hərbçiləri iki yüz işğalçını zərərsizləşdirib və çoxsaylı texnikanı məhv edib.
Ötən sutka ərzində əsgərlərimiz düşmənin 9 hücumunu dəf edib, 12 tankı, 20-yə yaxın zirehli və avtomobil texnikasını, 9 artilleriya sistemini məhv edib. Düşmən 200-dən çox hərbçisini itirib. Hava hücumundan müdafiə bölmələri tərəfindən 2 təyyarə və 2 PUA ,4 qanadlı raket vurulub" - Baş Qərargahdan bildirilib.
Qeyd olunub ki, Kiyevin müdafiəçiləri də düşmən hücumunu dəf etməkdə davam edir.
T.İSMAYIL












