Yaponiyadan Rusiyaya qadağa
Yaponiya gələn həftənin əvvəlində Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Tokioda keçirilən mətbuat konfransında bildirib.
“Gələn həftənin əvvəlində (Rusiyaya) zinət əşyalarının ixracına da qadağa qoyulacaq. Bundan əlavə, Rusiyanın sanksiyalardan yayınmaması məqsədilə kriptovalyutalar sahəsində qanunvericiliyə dair sənədlər layihəsini parlamentə təqdim etməyə hazırlaşırıq”, - o deyib.
Yosimasa Hayasi digər G7 ölkələri kimi, Rusiyaya qarşı sanksiyaların tətbiqini zəruri hesab etdiyini vurğulayıb.












