Jirinovski öldü? - YENİLƏNİB
“Vladimir Volfoviç Jirinovskinin səhhəti ilə bağlı narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Onun vəziyyəti həqiqətən ağırdır. Bu gün o, KT müayinəsindən keçib. Biz ondan narahatıq, həkimlər onun üçün mübarizə aparır”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslov Volodin teleqramda yazıb.
Qeyd edək ki, onun ölümü barədə məlumat yayan senator A.Pronyuşkin isə teleqramdakı müvafiq qeydini silib.
12:57
Rusiyalı siyasətçi, Liberal Demokratik Partiyasının sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə hakimiyyətə yaxınlığı ilə bilinən “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, siyasətçi bu gün səhər yerli vaxtla 10:45-də keçinib. O, son günlərini komada keçirib.












