Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - 16100 hərbçi, 115 təyyarə...

 13:14 25.03.2022     686

"Rusiya işğalçı qüvvələrinin Ukraynadakı itkiləri 16 min nəfəri ötüb".

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk sosial şəbəkəsində məlumat yayıb.

O cümlədən, fevralın 24-dən martın 25-dək düşmənin ümumi döyüş itkiləri təxminən olub: şəxsi heyət - 16 min 100 nəfər, tanklar - 561 ədəd, zirehli döyüş maşınları - 1 min 625 ədəd, artilleriya sistemləri - 291 ədəd, raket sistemləri - 90 ədəd, hava hücumundan müdafiə sistemləri - 49 ədəd, təyyarələr - 115 ədəd, helikopterlər - 125 ədəd, avtomobil texnikası - 1089 ədəd, gəmilər-qayıqlar - 5 ədəd, yanacaq-sürtkü materialları olan çənlər - 72, PUA - 53, xüsusi texnika - 18.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən